Qazaxıstan Ermənistanla hərbi kəşfiyyat sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

2026/03/1774986213.jpg
Oxunub: 606     23:42     31 Mart 2026    
Qazaxıstan hökuməti Ermənistanla hərbi kəşfiyyat sahəsində əməkdaşlığa dair saziş layihəsini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər:

1. səlahiyyətli orqan rəhbərlərinin rəsmi səfərləri və ekspertlərin işçi görüşləri,
2. hərbi kəşfiyyat məlumatlarının və müvafiq mövzular üzrə ekspert qiymətləndirmələrinin qarşılıqlı mübadiləsi,
3. tərəflərin təhlükəsizlik maraqlarına təhdid yaradan beynəlxalq terrorçu və digər təşkilatlara qarşı mübarizə ilə bağlı məlumat mübadiləsi,
4. tərəflərin təhlükəsizliyinə təhdid yaradan regional hərbi-siyasi hadisələr və vəziyyətlərlə bağlı məlumat mübadiləsi və monitorinq,
5. tərəflər arasında qarşılıqlı razılaşdırılmış digər əməkdaşlıq sahələri.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Ermənistan  


Bizi "telegram"da izləyin