Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Varduhi Elbakyan bildirib.
Erməni vəkil qeyd edib ki, bütün məhkəmə iclası ərzində gəncin əlindən tutub və məhkəmə Davitə suallara oturaq vəziyyətdə cavab verməyə icazə verib.
Müdafiəçilərdən Sergey Harutyunyan isə əlavə edib ki, vəkil qrupu tərəfindən təqdim edilən sənədlər bu həbs vəsatətinin ümumiyyətlə verilməməsi üçün kifayət idi. Onun fikrincə, hüquq-mühafizə orqanları əslində dini ayinin icrasına maneə törədilməsi ilə bağlı başqa bir cinayət işi başlamalı idi.
İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi artıq təxminən 3 saatdır ki, vəsatətə baxır.
Alpər Mövludoğlu
Ordu.az