ABŞ-nin prezidenti Donald Tramp Fransanı İsrailə hərbi yüklər daşıyan təyyarələrə öz hava məkanından istifadə etməyə icazə vermədiyinə görə sərt tənqid edib.
Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Fransa hərbi yüklərlə İsrailə gedən təyyarələrin öz hava məkanı üzərindən uçmasına icazə vermədi”, - deyə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, Fransa İranla bağlı əməliyyat məsələsində ABŞ-yə kömək etməyib. “ABŞ bunu xatırlayacaq”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az