CENTCOM: 3500 hərbçi ilə desant gəmisi Hind okeanındadır

2026/03/1774956894.jpg
Oxunub: 374     15:33     31 Mart 2026    
Təxminən 3500 dənizçi və dəniz piyadasından ibarət qrupla ABŞ-nin USS “Tripoli” desant gəmisi Hind okeanında yerləşir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Qurum 2026-cı il martın 29-u tarixli fotoşəkil yayıb və həmin görüntüdə gəmi Hind okeanında əks olunub. Komandanlıq gəminin İran sahillərindən nə qədər məsafədə olduğunu dəqiqləşdirməyib.

2026-cı il martın 28-də isə CENTCOM bildirmişdi ki, desant gəmisi əsasən Yaxın Şərqi əhatə edən əməliyyat məsuliyyəti zonasına daxil olub.

ABŞ prezidenti Donald Tramp 2026-cı il martın 29-da amerika qüvvələrinin Xarq adasını ələ keçirmə ehtimalını istisna etməyib. 2026-cı il martın 26-da isə “Axios” portalı ABŞ rəsmilərinə istinadən Pentaqonun İranla münaqişənin eskalasiyası üçün dörd mümkün ssenari hazırladığını yazmışdı. Bu ssenarilərə Xarq, Larak və ya Əbu Musa adalarının ələ keçirilməsi daxil ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   ABŞ  


Bizi "telegram"da izləyin