Ordu.az-ın məlumatına görə, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, İranın Tehran vilayətində 44,4 min, digər vilayətlərdə isə 90 min mənzil hərbi hava hücumlarına məruz qalıb.
Sözügedən müddətdə İranda 307 səhiyyə, müalicə və tibb məntəqələri, 760 məktəb hücumlara məruz qalıb.
Hərbi hava hücumlarında Qızıl Aypara Cəmiyyətinin 18 mərkəzi, 48 əməliyyat avtomobili, 3 ədəd xilasetmə helikopteri vurulub.
Ordu.az