Paşinyan işgüzar səfərlə Rusiyaya gedir - YENİLƏNİB

2025/12/1766415884.jpg
Oxunub: 676     15:31     31 Mart 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il aprelin 1-də işgüzar səfərlə Rusiya Federasiyasına yola düşəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Ermənistan hökumətinin məlumatına görə, səfər çərçivəsində Moskvada Paşinyanın Rusiya prezidenti Vladimir Putin ilə görüşü keçiriləcək.

***

Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Bu barədə Ordu.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, qarşıdan gələn danışıqlar zamanı Putin və Paşinyan geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.

"Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının cari vəziyyətini və perspektivlərini, eləcə də regional gündəliyin aktual məsələlərini, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə etmək planlaşdırılır", - məlumatda qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Paşinyan  


Bizi "telegram"da izləyin