Zelenski: “Müttəfiqlər Rusiyanın neft sektoruna zərbə endirməməyi xahiş ediblər”

2026/02/1771950035.jpg
Oxunub: 379     09:17     31 Mart 2026    
“Ukrayna qlobal enerji böhranı şəraitində Rusiyanın neft sektoruna hücumların azaldılması ilə bağlı müttəfiqlərindən siqnallar və xahişlər alıb”.

Ordu.az xəbər verir ki, bu barədə “Dialog.UA” Volodimir Zelenskiyə istinadən məlumat yayıb.

Zelenski cavab olaraq bildirib ki, Kiyev yalnız Moskva Ukraynanın enerji şəbəkəsinə hücumları dayandıracağı təqdirdə Rusiyanın enerji sektoruna zərbələrdən çəkinməyə hazırdır.

Onun sözlərinə görə, Ukrayna istənilən atəşkəs formatına, o cümlədən tam atəşkəsə və ya Pasxa bayramı ərəfəsində, aprelin 5-də enerji sektoruna zərbələrin ayrıca dayandırılmasına açıqdır.

Zelenski vurğulayıb ki, Ukrayna artıq havada, dənizdə və enerji infrastrukturunda gərginliyin azaldılması ilə bağlı müxtəlif variantlar təklif edib.

O əlavə edib ki, əgər Rusiya belə bir addıma hazırdırsa, Ukrayna bunu istənilən vaxt müzakirə etməyə hazırdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin