Ordu.az xəbər verir ki, bu barədə o, “Bloomberg”ə açıqlamasında deyib.
“Birləşmiş Ştatlar əla iş görür. Müharibə inanılmaz dərəcədə yaxşı gedir. Onlar münaqişəni nizamlamaq istəyirlər”, - deyə Tramp bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. Zərbələr İranın paytaxtı Tehrana və ölkənin ən iri şəhərlərinə yönəlib. Hücumlardan dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb.
İsrail və ABŞ hücumları nəticəsində İranın ali rəhbəri Əli Xameneyi və digər yüksək vəzifəli şəxslərin də öldürüldüyü bildirilir.
Martın 2-də “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub və İsrail hərəkat əleyhinə hücumun başladığını elan edib.
Martın 23-də ABŞ Prezidenti Donald Tramp İranla danışıqların bir həftə daha davam edəcəyini və hərbi zərbələrin beş gün təxirə salındığını desə də, İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.
Sevinc Əliyeva
Ordu.az