Ordu.az xəbər verir ki, bunu “Euromedia24”ün efirində yaxınlıqdakı dağları göstərərək Gorusun Müqəddəs Qriqor Lusavoriç kilsəsinin keşişi Ter Aharon deyib.
Erməni keşiş qeyd edib ki, Zəngəzurun strateji yüksəklikləri türklərə verilib.
“Əgər Qafan şəhərinə getsəniz, Qafan hava limanının o biri tərəfində də türklərdir. Cəmi 100 metr məsafə var. Təsəvvür edirsinizmi, kiçik bir fors-major baş versə, gəlib yolu bağlaya bilərlər”, - deyə Ter Aharon narahatlığını ifadə edib və bildirib ki, illər əvvəl gecə vaxtı insanların yola çıxaraq avtomobilə atəş açdığı hadisə baş verib.
Ter Aharon həmçinin digər millətlərdən olan insanların daxil olması fonunda mümkün demoqrafik problemləri də səsləndirib, xüsusilə bunun Zəngəzurda daha kəskin olduğunu vurğulayıb.
“Deyirlər ki, 20 milyon azərbaycanlı var, təsəvvür edirsinizmi, onların heç olmasa bir hissəsi gəlib bura çatsa, demoqrafiya dəyişə bilər.
İnsanlar həmçinin bildirir ki, müxtəlif millətlərdən olan şəxslər, hindlilər, ərəblər gətirilir. Şübhələr var ki, bu, ölkənin demoqrafiyasına təsir göstərə bilər.
Hava limanında vizanın asan əldə olunması şəraitində ölkəyə kimliyi məlum olmayan şəxslərin daxil ola biləcəyi ilə bağlı da narahatlıqlar var. Deyilir ki, onların arasında cinayətkarlar da ola bilər.
Yəni təhlükə yoxdurmu? Əlbəttə var. Biz də narahatıq, qalır Allaha ümid etmək”, - deyə Ter Aharon bildirib.
Alpər Mövludoğlu
Ordu.az