Erməni siyasi xadimdən Paşinyana: “Bəs sən kim idin, mıx başı idin, yoxsa orduda gizir idin?”

2026/03/1774778736.jpg
Oxunub: 400     13:15     01 Aprel 2026    
“Erməni Milli Konqresi (EMK) hesab edir ki, qarşıdakı parlament seçkilərində müxalifətin “Birlik Cəbhəsi” yaratması son dərəcə zəruridir. Nikol Paşinyanı vahid cəbhə ilə hakimiyyətdən uzaqlaşdırmaq artıq imperativə çevrilib”.

Ordu.az xəbər verir ki, bu barədə EMK-nin sədr müavini Aram Manukyan 7 iyun seçkilərində partiyanın iştirak formatından danışarkən bildirib.

“Bizim iştirak formulmuz belədir: Hələ dekabr ayında seçkilərdə iştirak edəcəyimizi elan etmişik. Artıq ay yarımdır ki, müxtəlif siyasi qüvvələrlə məsləhətləşmələr apararaq böyük koalisiyalar yaratmağa çalışırıq. Hesab edirik ki, qarşıdakı seçkilərdə vahid cəbhə yaratmaq son dərəcə zəruridir. Lakin bu alınmasa belə (ümid edirəm ki, alınacaq), biz yenə də öz sözümüzü deməyə, təkbaşına və ya daha kiçik koalisiya ilə iştirak etməyə hazırıq. Ümid edək ki, böyük koalisiya olacaq. Görüşlər hələ də davam edir”, - deyə EMK sədr müavini qeyd edib.

Manukyan vurğulayır ki, qarşıdakı seçkilər onlar üçün qətiyyən adi seçkilər deyil, söhbət ölkənin və dövlətçiliyin qorunub saxlanılması məsələsindən gedir.

“Ya Nikol Paşinyan qalır və bununla da öz türkyönümlü vassal asılılığı prosesini davam etdirir, ya da biz azad oluruq və Ermənistan Azərbaycanın alt yolu ilə yox, erməni yolu ilə getməyə başlayır. Ümid edək ki, belə də olacaq. Biz dövlətçiliyimizin əlimizdən getməməsi üçün hər şeyi edəcəyik. Bu, bizim üçün ən ali dəyərdir”, - deyə o vurğulayıb.

EMK sədr müavini həmçinin qeyd edir ki, Nikol müharibənin başlayacağını bildiyi halda ordunu ixtisar edir, müdafiə büdcəsini azaldır və s.

“Bilərsiniz, divarla və ya xuliqanla mübahisə etmək, ona nəsə izah etmək qarşındakı şəxs şüurlu, məntiqlə düşünən, proqramlar və fikirlər irəli sürən biri olandan qat-qat çətindir. Mənim üçün Nikolun dediklərinə qarşı danışmaq çox çətindir, bu, dəvə olmadığını sübut etməyə çalışmaq kimi bir şeydir. Daşa, taxtaya, axmağa necə başa salasan ki, dediklərin reallıqla qətiyyən səsləşmir? Bizim partiyamız 35 il boyu hamıdan çox sülhdən danışıb, bizdən çox “sülh” terminini işlədən olmayıb, özü də birbaşa mənada.

Haqqında danışdığınız bu gənc üç müharibə, 5000 qurban gətirib, amma bütün bunları etdiyi üçün qarşısındakıları günahlandırır. Sinizm və həyasızlıq buradadır. Silahlı qüvvələrin ali baş komandanı odur, bütün qoşunlar ona tabedir, bütün hakimiyyətə və informasiyaya o sahibdir, amma bəyan edir ki, bütün bu itkilərin günahkarı başqalarıdır.

Mən onun əleyhinə nə danışım? Bəs sən kim idin, mıx başı idin, yoxsa orduda gizir idin? Həyasızcasına bəyan edirsən ki, bu xalq yayınıb, qaçıb. Necə oldu ki, sənin dövründə “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “bütün rəhbərliyi”, həm də sənin səssiz razılığınla Bakı həbsxanalarındadır və sən onlara “aradan çıxdılar” deyirsən?”, - deyə Manukyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Manukyan   Ermənistan  


Bizi "telegram"da izləyin