Erməni baş redaktor: “ABŞ qorxur ki, Paşinyan bu prosesdən çox ağır məğlubiyyətlə çıxacaq”

2026/03/1774715009.jpg
Oxunub: 465     14:22     01 Aprel 2026    
“Xalq 7 ildir aldadılıb, ümid edək ki, nəhayət ayılacaq, çünki ayılmasa, biz artıq ölkəyə sahib olmayacağıq”.

Ordu.az xəbər verir ki, bunu “California Courier” qəzetinin baş redaktoru, ABŞ ermənisi ictimai xadimi Harut Sasunyan deyib.

O, ABŞ kəşfiyyat xidmətlərinin dərc etdiyi illik hesabatdan danışaraq qeyd edib ki, Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanması yolunda hələ maneələr qalır və bu kontekstdə Azərbaycanın Konstitusiyanın dəyişdirilməsi tələbi xüsusi vurğulanır.

Sasunyanın sözlərinə görə, hesabatda qeyd olunur ki, Konstitusiyanın qəbulu təmin olunmayıb, çünki Ermənistanda bunun üçün referendum keçirilməlidir.

“ABŞ xalqın öz sözünü deməsini təşviq etmir, əksinə qorxur ki, əgər xalq danışsa, bu, Paşinyanın yenidən seçilməsinə və ümumiyyətlə bu prosesə mane ola bilər və nəticədə o, çox ağır məğlubiyyətlə üzləşə bilər. Baş nazir hər şeyi Azərbaycanın, Türkiyənin və Avropanın xeyrinə edir, amma heç vaxt Ermənistanın xeyrinə etmir”, - deyə Sasunyan vurğulayıb.

Onun qiymətləndirməsinə görə, bu, Paşinyanın növbəti yalanıdır ki, guya sülh gətirib.

“Paşinyan xalqı yenidən qorxutmağa çalışır ki, əgər seçilməsə, müharibə olacaq”, - deyə Sasunyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sasunyan   Paşinyan  


Bizi "telegram"da izləyin