Erməni deputat: “Ermənistan hakimiyyəti korrupsiyanı sadəcə gözəl qablaşdırıb”

2026/03/1773210188.jpg
Oxunub: 374     10:21     11 Mart 2026    
“Bu hakimiyyət 2018-ci ildə hakimiyyətə gəlib və korrupsiyanı kökündən aradan qaldıracaqlarına söz verib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan bildirib.

“İndi gəlin birlikdə baxaq: bu insanlar korrupsiyanı kökündən aradan qaldırıblar, yoxsa sadəcə onu qablaşdırıblar? Bəlkə elə ediblər ki, onu üzə çıxarmaq daha çətin olsun, daha az nəzərə çarpsın, daha sistemli xarakter alsın və daha görünməz olsun”, - deyə Vardanyan bildirib.

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədrinin daha əvvəl təqdim etdiyi bir sıra məlumatlara toxunan erməni deputat xüsusilə qeyd edib:

“Bütün bunlar seçkiqabağı qızdırmanı göstərir. Bu insanlar korrupsiyanı kökündən aradan qaldırmaq və korrupsionerləri həbs etdirmək vədi ilə hakimiyyətə gəliblər, amma heç nə etməyiblər. Seçki yaxınlaşır, siz onlardan soruşursunuz: “Bəs sizin vədlərinizə nə oldu?” Altı ay əvvəl tələsik belə səliqəsiz işlər dərc edirlər. O qədər səliqəsiz ki, bir nəfərin işində başqa bir şəxsin işi “copy-paste” edilib. Məhz belə işlərlə sizə demək istəyirlər: “Bizə səs verin”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vardanyan  


Bizi "telegram"da izləyin