“Səbirli olun, tələskən oğul doğmur” - Paşinyanın reaksiyası “Vətəndaş Müqaviləsi” üzvlərini ciddi düşündürüb

2026/03/1772775337.jpg
Oxunub: 336     09:57     11 Mart 2026    
Kilsəyə qarşı kampaniyanın dayandırılması xüsusilə gecə-gündüz Nikolun özündən də “nikolvari” şəkildə kilsəni nüfuzdan salan “Vətəndaş Müqaviləsi” üzvləri arasında ciddi narahatlıq yaradıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

“Partiya mənbələrinin bildirdiyinə görə, bir neçə gün əvvəl onlar şikayət ediblər ki, artıq kilsələrə gedə bilmirlər, çünki adi vətəndaşlar onları katolikosun əleyhinə çıxmaqda ittiham edir və bu cür davam etməyin mümkün olmadığını deyirlər.

Onlara cavab olaraq isə, deyildiyinə görə, rəhbərin reaksiyası daha ciddi düşünməyə əsas verib. Nikol Paşinyan qısa şəkildə deyib: “Səbirli olun, tələskən oğul doğmur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin