“İsrail hərbi xərcləri milyardlarla dollar artıracaq” - Netanyahu

2026/03/thumb-1772951111.jpg
Oxunub: 426     09:24     11 Mart 2026    
İsrail İran əleyhinə əməliyyatla bağlı xüsusi hərbi büdcəyə milyardlarla dollar ayırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahu maliyyə naziri Bezalel Smotriçlə birlikdə yayımlanan videomüraciətdə bildirib.

Videomüraciət Baş nazirin ofisi tərəfindən yayımlanıb.

İrana qarşı zərbələr mövzusuna toxunan Netanyahu bildirib ki, İsrail İran İslam Respublikasının nüvə və raket imkanlarını zərərsizləşdirmək məqsədilə bu kampaniyaya başlamağa sadəcə məcbur idi.

“Lakin bir böyük “amma” var: bu, ciddi resurslar tələb edəcək. Buna görə də müharibə zamanı müdafiə xərclərini və hərbi əməliyyatları dəstəkləmək üçün on milyardlarla şekeldən ibarət xüsusi büdcə ayırmalıyıq”, - deyə o bildirib.

O, konkret məbləğ açıqlamayıb. Məlumat üçün qeyd edək ki, hazırkı məzənnə ilə 10 milyard şekel təxminən 3,25 milyard ABŞ dollarına bərabərdir.

Bundan əvvəl “Bloomberg” İsrailin İranla müharibəni maliyyələşdirmək üçün müdafiə büdcəsini 13 milyard dollar artırmağı planlaşdırdığını yazmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin