Azərbaycandan keçməklə Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola düşüb - YENİLƏNİB

2025/11/ereni-1762268734.jpg
Oxunub: 800     11:12     11 Mart 2026    
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Ordu.az xəbər verir ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox (320 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.

***

Martın 11-də Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə rus taxılının növbəti partiyası göndəriləcək.

Ordu.az xəbər verir ki, 1023 ton taxılla yüklənmiş on bir dəmir yolu vaqonu yola salınacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan  


Bizi "telegram"da izləyin