Timor-Leste Prezidenti XIII Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana səfərə gəlib

2026/03/1773204731.jpg
Oxunub: 430     02:52     11 Mart 2026    
Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Horta martın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Ordu.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Jose Ramos-Horta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunda iştirak edəcək dünya liderləri və yüksək səviyyəli qonaqlar sırasındadır. Forum çərçivəsində qlobal çağırışlar, çoxtərəfli əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş müzakirələrin aparılması nəzərdə tutulur.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Timor-Leste   Azərbaycan  


Bizi "telegram"da izləyin