Ordu.az xəbər verir ki, bunu Ermınistan Respublikaçılar Partiyasının icraedici orqanının üzvü, parlamentin “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan partiyanın Ali Şurasının iclasından sonra jurnalistlərlə brifinqdə bildirib.
İmpiçmentin mümkün uğursuzluğu ilə bağlı Mamicanyan auditoriyaya sual ünvanlayıb.
“Allah eləməsin ki, impiçment öz məntiqi sonluğuna çatmasın. Sizcə, Paşinyan hansı halda daha həyasız, daha biabırçı saxtakarlıqlara əl atacaq, sakit və adi seçki kampaniyası şəraitində, yoxsa Ermənistan vətəndaşları küçələrə çıxıb, qanunla qadağan olunmayan üsullarla öz hüquqlarını müdafiə etdikləri halda? Məncə, cavab aydındır. Buna görə də vurğulamaq istəyirəm ki, impiçment prosesi ilə seçkilər nə hüquqi, nə də siyasi baxımdan bir-birinə ziddir. Bu proses Nikol Paşinyandan başqa heç bir şəxsə qarşı yönəlməyib və heç bir konstitusion prosesə qarşı deyil”, - deyə Mamicanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az