Ermənistan MN: Baş Qərargah 1975-ci il xəritələrini rəhbər tutur

2026/03/l-G1M-1773168952.jpg
Oxunub: 449     22:54     10 Mart 2026    
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan mediada yayılan, guya 2025-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisində yeni mövqe yerləşdirdiyi barədə xəbərə münasibət bildirib.

Ordu.az xəbər verir ki, Torosyan bu məlumatı yalan və reallığa uyğun olmayan kimi qiymətləndirib.

“Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı hüquqi qüvvəyə malik olan 1975-ci il topoqrafik xəritələrini rəhbər tutur”, - deyə mətbuat katibi bildirib və bunu videoda göstərib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin