Ermənistan öz ərazisində Azərbaycanın yeni hərbi mövqeyinin yaradılması ilə bağlı xəbərləri təkzib edib

2026/03/1773167751.jpg
Oxunub: 428     22:35     10 Mart 2026    
Ermənistan Müdafiə Nazirliyi mediada və sosial platformalarda yayılan, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisində yeni hərbi mövqe yerləşdirməsi barədə iddiaları təkzib edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Nazirliyin yaydığı videoda sözçü Aram Torosyan bildirib ki, son günlər bir qrup ictimai xadim və media orqanı 2025-ci ildə Azərbaycan qüvvələrinin Ermənistanın suveren ərazisində yeni mövqe qurduğu barədə yanlış məlumatlar yayır.

Torosyan ictimaiyyəti yalnız rəsmi məlumatlara etibar etməyə və dezinformasiyaya uymamağa çağırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin