Bayraqdar və Paşinyan nüvə energetikasını müzakirə ediblər

2026/03/1773167307.jpg
Oxunub: 416     22:26     10 Mart 2026    
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar Parisdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə türkiyəli nazir özünün “X” sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, görüşdə həmçinin Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan da iştirak edib. Söhbət zamanı regionda davamlı sülh və sabitlik naminə atılacaq addımlar müzakirə olunub.

“Biz həmçinin infrastruktur və energetika məsələləri ətrafında fikir mübadiləsi apardıq. Bu çərçivədə, ilk növbədə elektrik şəbəkələri arasında qarşılıqlı fəaliyyət, nüvə energetikası və təbii qaz olmaqla, birgə fəaliyyət sahələrini müzakirə etdik”, - deyə A. Bayraqdar vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraqdar   Paşinyan  


Bizi "telegram"da izləyin