Ararat Mirzoyan Fransanın xarici işlər naziri ilə görüşüb

2026/03/1773166037.jpg
Oxunub: 404     22:02     10 Mart 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi video yayımlayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da bu gün Fransa prezidenti Emmanuel Makron ilə görüş keçirib. Onlar regional inkişafları müzakirə edib və sülhün vacibliyini vurğulayıblar.

Xatırladaq ki, Nikol Paşinyan Parisdə keçirilən Nüvə Enerjisi üzrə ikinci sammitdə iştirak edib. Tədbirin yüksək səviyyəli qonaqlarını Fransa prezidenti Emmanuel Makron və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi qarşılayıblar.

Sammitdə həmçinin Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Slovakiya və Xorvatiyanın baş nazirləri, eləcə də bir sıra digər ölkələrin hökumət başçıları və nümayəndələri iştirak ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Barro  


Bizi "telegram"da izləyin