Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, həmsöhbətlər ikitərəfli əməkdaşlığın gedişinə dair məsələləri müzakirə ediblər.
“Ermənistan hökuməti tərəfindən həyata keçirilən islahatlar çərçivəsində fəal əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin özəl sektorun rəqabət qabiliyyətinin artırılması, kiçik və orta sahibkarlığın inkişafı və infrastrukturun modernləşdirilməsinə yönəlmiş birgə proqramların səmərəli icrası məsələləri müzakirə olunub.
Odil Reno-Basso vurğulayıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankı müxtəlif sahələrdə planlaşdırılan proqramların və islahatların həyata keçirilməsində Ermənistan hökumətinə dəstəyini davam etdirməyə hazırdır”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az