Erməni baş redaktor: “İranın qiymətləndirməsinə görə, Zəngəzur ətrafındakı proseslər yüksək həssaslıq zonası olaraq qalacaq”

2026/03/1773162402.jpg
Oxunub: 433     21:06     10 Mart 2026    
“Qlobal mənada 12 günlük müharibə göstərdi ki, İranın İsrail və ABŞ ilə qarşıdurması texnoloji, şəbəkə və psixoloji müstəviyə keçib”.

Ordu.az xəbər verir ki, bunu Tehranda nəşr olunan “Alik” qəzetinin baş redaktoru Aram Şahnazaryan deyib.

Onun sözlərinə görə, Tehranda Zəngəzur dəhlizi sadəcə bir kommunikasiya layihəsi deyil, Xəzər dənizindən Aralıq dənizi istiqamətinə qədər İrandan yan keçən fasiləsiz türk bağlantısı yarada biləcək mümkün geosiyasi yerdəyişmə kimi nəzərdən keçirilir.

“Bu səbəbdən İranın mövqeyi “sərhədlərin dəyişməzliyi və regional kommunikasiyaların yalnız suverenliyin qorunması şərti ilə açılması” prinsipi üzərində qurulub. İranın strateji qiymətləndirməsinə görə, Zəngəzur ətrafındakı proseslər yüksək həssaslıq zonası olaraq qalacaq.

Tehran böyük ehtimalla Ermənistanın ərazi bütövlüyünün öz təhlükəsizlik maraqları ilə üst-üstə düşdüyünü göstərmək üçün həmin istiqamətdə siyasi, iqtisadi və infrastruktur mövcudluğunu gücləndirməyə davam edəcək.

Naxçıvan cinahında da İran Türkiyə və ya Azərbaycanla açıq hərbi toqquşmadan qaçaraq, lakin mövcud vəziyyətin birtərəfli qaydada dəyişməsinə imkan verməyərək güclər balansını qorumağa çalışacaq. Ümumilikdə İran öz “qırmızı xətlərini” qorumaq üçün kifayət qədər siyasi iradəyə və regional rıçaqlara malikdir. Mənim fikrimcə, ən çox ehtimal olunan ssenari genişmiqyaslı müharibə olmadan, lakin sürətli tənzimləmə də baş vermədən davam edən təzyiq və əks-təzyiq dinamikasıdır”, - deyə Şahnazaryan qeyd edib.

Şahnazaryan bildirib ki, Zəngəzur və Naxçıvan istiqamətində hadisələr tərəflərin kommunikasiyaların açılması üçün kompromis modelinə razılaşıb-razılaşmayacağından və ya birtərəfli geosiyasi layihələri irəli sürməyə çalışıb-çalışmayacağından asılı olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahnazaryan   Zəngəzur  


Bizi "telegram"da izləyin