Kobaxidze ATƏT PA-nın prezidenti ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

2026/03/1773158947.jpg
Oxunub: 285     19:15     10 Mart 2026    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sampietronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, Gürcüstanın Baş naziri bu barədə "X"dəki hesabında məlumat verib.

İ.Kobaxidzenin sözlərinə görə, görüş zamanı regional təhlükəsizlik məsələləri və ATƏT ilə tərəfdaşlığın daha da gücləndirilməsi müzakirə olunub.

"ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sampietronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüm. Söhbətimiz regional təhlükəsizlik və ATƏT ilə tərəfdaşlığın gücləndirilməsi məsələləri olub", – o bildirib.

Kobaxidze qeyd edib ki, Gürcüstan qarşılıqlı hörmətə əsaslanan konstruktiv əməkdaşlıq kursuna sadiq qalır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   ATƏT   PA  


Bizi "telegram"da izləyin