Azərbaycan İqtisadiyyat Naziryliyi ilə Amerikanın texnologiya şirkəti arasında memorandum imzalanıb

2026/03/Ekran-1773155809.jpg
Oxunub: 411     18:29     10 Mart 2026    
Azərbaycan İqtisadiyyat Nazirliyi ilə ABŞ-nin "HAIMAKER.AI Inc" şirkəti arasında Azərbaycanda yeni nəsil rəqəmsal platformanın və ekosistemin yaradılması üzrə potensial tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Ordu.az xəbər verir.

İmzalanma mərasimi Vaşinqtonda Amerika–Azərbaycan Ticarət Palatasının (USACC) təşkil etdiyi ABŞ–Azərbaycan Ticarət-Biznes Konfransı çərçivəsində baş tutub.

Sənədi Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və "HAIMAKER.AI" Inc şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Su Le imzalayıblar.

Qeyd edək ki, "HAIMAKER.AI Inc" süni intellekt və rəqəmsal infrastruktur sahəsində fəaliyyət göstərən ABŞ texnologiya şirkətidir. Şirkətin baş ofisi ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.

Şirkət tərtibatçıların, bizneslərin və dövlət qurumlarının müxtəlif süni intellekt modellərindən vahid interfeys vasitəsilə istifadə etməsinə imkan verən platforma və infrastruktur həlləri inkişaf etdirir. HAIMAKER.AI platforması dünyanın aparıcı tərtibatçılarının yüzlərlə süni intellekt modelinə çıxışını təmin edir və onları vahid API vasitəsilə rəqəmsal məhsullara inteqrasiya etməyə, həmçinin tapşırıq, dəyər və məhsuldarlıqdan asılı olaraq modellər arasında çevik keçid etməyə imkan yaradır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ABŞ  


Bizi "telegram"da izləyin