Ceyhun Bayramov və Seyf bin Raşid Əl-Cahvari Yaxın Şərqdə artan gərginliyi müzakirə ediblər - FOTOLAR

2026/03/1773155364.jpg
Oxunub: 302     18:41     10 Mart 2026    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığının ölkəmizə təyin edilmiş qeyri-rezident səfiri Seyf bin Raşid Əl-Cahvarini qəbul edib.

Ordu.az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan–Oman münasibətlərinin cari vəziyyətini və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

İki ölkə arasında siyasi dialoq, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin mədəni və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı həmçinin regional və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki artan gərginlik və hərbi eskalasiya barədə fikir mübadiləsi aparılıb. Oman vətəndaşlarının Azərbaycan ərazisindən istifadə etməklə təxliyəsi, Azərbaycan vətəndaşlarının isə Oman ərazisindən istifadə etməklə təxliyəsinə yaradılmış şəraitə görə qarşılıqlı dəstək ifadə olunub.

Hər iki tərəf münasibətlərin daha da inkişaf etdirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsi, yüksək və ali səviyyədə səfərlərin əhəmiyyətini vurğulayıb.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Oman  


Bizi "telegram"da izləyin