Azərbaycanın İsraildəki səfirliyi ölən azərbaycanlı ilə bağlı məlumat yayıb

2026/03/israe-1773155229.jpg
Oxunub: 422     18:32     10 Mart 2026    
İsrail ərazisinə 9 mart tarixində həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi:

"Amid Murtuzov ailəsi ilə birgə illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı.

Mərhumun ailəsinə və doğmalarına səbr diləyir, başsağlığı veririk.

Allah rəhmət eləsin!"

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İsrail  


Bizi "telegram"da izləyin