Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məhkəmə cavabdeh tərəfin iddia müddətinin (müddətin keçməsi) tətbiqi barədə vəsatətini təmin edib.
Xatırladaq ki, Ermənistanın Baş Prokurorluğu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Hakopyandan və Ermənistan Silahlı Qüvvələrinin keçmiş raket qoşunları və artilleriya idarə rəisi, general-mayor Armen Harutyunyandan dövlətə vurulduğu iddia edilən ziyanın ödənilməsi kimi təxminən 4,5 milyard dramın tutulmasını tələb edirdi. İddia ərizəsi 2025-ci il martın 17-də Korrupsiyaya qarşı mübarizə üzrə mülki məhkəməyə daxil olmuş və elə həmin gün hakim Lili Drmeyana təqdim edilmişdi.
Qeyd edək ki, kompensasiya məsələsinin qaldırıldığı cinayət işi də İrəvanın ümumi yurisdiksiya cinayət məhkəməsinə daxil edilmiş və hakim Masis Melkonyana həvalə olunmuşdu. İş vəzifə səhlənkarlığı ilə bağlıdır və ehtiyatsızlıq nəticəsində ağır nəticələrə səbəb olduğu iddia olunur. Müdafiə tərəfi bildirib ki, cinayət işi üzrə artıq iddia müddəti keçib. Erməni generallar isə irəli sürülən ittihamları qəbul etmirlər.
Bundan əlavə, müdafiə tərəfi şübhə edir ki, cinayət işinin əvvəlcədən məhkəməyə göndərilməsinin məqsədi dövlətə vurulduğu iddia edilən ziyanın mülki iddia vasitəsilə tutulması məsələsini qaldırmaq olub və faktiki olaraq da bu baş verib.
Korrupsiyaya qarşı mübarizə üzrə məhkəməyə təqdim edilən iddia çərçivəsində məhkəmə iddianın təminatı kimi tədbir tətbiq etmiş, Hakopyan və Harutyunyanın əmlakına təxminən 4,5 milyard dram həcmində həbs qoymuşdu. Lakin bir neçə ay sonra iş dayandırılıb. Məhkəmə bu qərarı 2025-ci ilin dekabrında qəbul edib və tərəfin vəsatətini təmin edib.
“Pastinfo” nəşrinin əldə etdiyi məlumata görə, Ermənistan Baş Prokurorluğu apellyasiya şikayəti verib. Ermənistan korrupsiyaya qarşı mübarizə üzrə apellyasiya mülki məhkəməsi fevralın 19-da şikayətin icraata qəbul edilməsi barədə qərar verib.
Alpər Mövludoğlu
Ordu.az