“Paşinyan gecikmiş şəkildə etik davranış göstərməyə və Xameneyinin öldürülməsi ilə bağlı başsağlığı verməyə məcbur oldu” - Aşotyan

2026/03/1773150436.jpg
Oxunub: 344     17:51     10 Mart 2026    
“Bir çoxunuz maraqlanır ki, niyə Nikol Paşinyan İranın dini liderinin öldürülməsindən dərhal sonra başsağlığı vermədi, bunu üç gün gecikmə ilə etdi?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.

“Səbəb qətiyyən qeyri-iş günləri deyildi. Nə də nümayişkaranə laqeydlik və yüngül münasibət. Nə də “şən avtobus’” adı altında hərəkət edən 6 nömrəli palata.

Əsl səbəb isə aşağıdakıdır.

Paşinyanın tərəfdarları ya ümid edirdilər, ya da kuratorlarından belə bir məlumat almışdılar ki, Əli Xameneyinin öldürülməsindən sonra İranın dövlət idarəetmə sistemi tez bir zamanda dağılacaq, ölkənin müdafiə sistemi iflic olacaq və İran qaçılmaz kapitulyasiya həddinə çatacaq. Bu halda isə dost ölkənin liderinin öldürülməsi ilə bağlı başsağlığı vermək kimi mənəvi-siyasi zərurət aradan qalxacaqdı”, - deyə Aşotyan qeyd edib.

Aşotyan bildirib ki, lakin onların çox arzuladığı bu ssenari baş verməyib.

“İran Xameneyinin öldürülməsindən sonra bunu aşdı və müqavimətini davam etdirdi. Buna görə də üç gün sonra Paşinyan gecikmiş şəkildə etik davranış göstərməyə və Xameneyinin öldürülməsi ilə bağlı başsağlığı verməyə məcbur oldu”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aşotyan   Paşinyan  


Bizi "telegram"da izləyin