“Past”: Son səkkiz il ərzində Ermənistan-İran münasibətlərində dəfələrlə problemlər yaranıb

2026/03/1773148429.jpg
Oxunub: 380     17:23     10 Mart 2026    
Nikol Paşinyan İranın prezidenti Məsud Pezeşkiana ölkə rəhbərliyi və vətəndaşlar arasında qeydə alınmış itkilərlə bağlı başsağlığı teleqramı göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “İki gün sonra başsağlığı” başlıqlı məqaləsində yazıb.

“İran ətrafında baş verən hadisələri böyük narahatlıqla izləyirik. Zəhmət olmasa, İran İslam Respublikası rəhbərliyi və vətəndaşları arasında qeydə alınmış itkilərlə bağlı mənim dərin başsağlığımı qəbul edin. Əli Xameneyinin Ermənistan-İran münasibətlərinin inkişafında şəxsi rolunu biz həmişə xatırlayacağıq”, - deyə Ermənistan hökumətinin məlumat xidmətinin yaydığı teleqramda qeyd edilir.

KİV bildirib ki, ötən gün Ararat Mirzoyan da İranın xarici işlər naziri Abbas Əraqçiyə başsağlığı verib.

“Qeyd edək ki, erməni tərəfi başsağlığını hadisədən düz iki gün sonra verib. Halbuki, məsələn, Azərbaycan artıq ertəsi gün başsağlığı ifadə etmişdi.

Rəsmi İrəvanın reaksiyasının niyə gecikdiyi aydın deyil: onlar “şən avtobusla” səfərdə idilər və baş verənlərdən xəbərsiz idilər, yoxsa sonda başsağlığı bildirməyi gözləyirdilər?

Hər halda, İranda baş verənləri yaxşı anlayırlar və diplomatik məsələlərdə son dərəcə diqqətli və həssas davranırlar.

Əgər müharibədən sonra da Ermənistan-İran münasibətləri yenidən gərginləşərsə, bunun yeganə günahkarı və məsuliyyəti məhz Paşinyan hakimiyyətinin üzərinə düşəcək. Çünki onun qeyri-peşəkarlığı səbəbindən son səkkiz il ərzində Ermənistan-İran münasibətlərində dəfələrlə problemlər yaranıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin