Ordu.az xəbər verir ki, Yiğit ROKETSAN-ın istehsal və inkişaf fəaliyyətləri barədə jurnalistlərə açıqlama verib.
ROKETSAN-ın istehsal və dizayn işlərini hər gün daha da inkişaf etdirdiyini bildirən Yiğit ictimaiyyətə açıqlanan və açıqlanmayan çox sayda məhsulun olduğunu deyib.
Yiğit hər tədbirdə yeni məhsulların təqdim olunacağını və “Saha Expo” sərgisində ROKETSAN-ın yeni məhsullarının nümayiş etdiriləcəyini qeyd edib.
40-dan çox ölkəyə ixrac
ROKETSAN-ın dünya standartlarına uyğun istehsal həyata keçirən bir şirkət olduğunu vurğulayan Yiğit 40-dan çox ölkəyə ixrac həyata keçirildiyini bildirib.
Müdafiə sənayesi məhsullarında çəkindiriciliyin əhəmiyyətinə diqqət çəkən Yiğit deyib:
“Çəkindiriciliyin birinci şərti bilinməzlikdir. Buna görə də bizdə sürpriz təsiri yaradacaq, dostlara güvən verəcək, düşmənə isə qorxu yaradacaq mühüm məhsullar var. Biz onları istehsal etməyə davam edirik. İnventarda olanlar da var, daxil olmaq üzrə olanlar da var. Üzərində işlədiyimiz layihələr də mövcuddur. Bu proses davam edəcək”.
Boluda müdafiə sənayesi işləri
Yiğit Boluda davamlı istehsal və müdafiə sənayesi sahəsində görülə biləcək işlər barədə təşəbbüslər irəli sürdüklərini bildirib.
O qeyd edib ki, keçirilən tədbirdən sonra ROKETSAN-da çalışan müvafiq əməkdaşlar şirkətlərlə birbaşa görüşlər aparırlar və yaxın dövrdə bu görüşlərin nəticələrinin konkret şəkildə görünəcəyinə ümid edir.
Yiğit həmçinin Bolunun inkişafı üçün müxtəlif işlərin görüldüyünü bildirərək İstanbul ilə Ankara arasında yerləşən şəhərin logistika imkanları sayəsində müdafiə sənayesi sahəsində ciddi inkişaf potensialına malik olduğuna inandığını qeyd edib.
Sevinc Əliyeva
Ordu.az