Əlcəzair və Niderlandın İrandakı səfirliklərinin əməkdaşları təxliyə olunublar

2026/03/Ekran-1773140398.jpg
Oxunub: 365     14:52     10 Mart 2026    
İranda yerləşən Əlcəzair və Niderland səfirliyinin nümayəndələri təxliyə olunublar.

Ordu.az-ın məlumatına görə, Niderlandın 4 (səfir də daxil olmaqla), Əlcəzairin isə 9 səfirlik əməkdaşı sərhədi keçərək, "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlcəzair   Niderland   Azərbaycan  


Bizi "telegram"da izləyin