Finlandiya İranın Azərbaycana hücumunu pisləyib

2026/03/1772776889.jpg
Oxunub: 266     16:06     06 Mart 2026    
Finlandiya İranın Azərbaycana qarşı pilotsuz uçuş aparatları (PUA) ilə hücumunu pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə Finlandiyanın Cənubi Qafqazdakı nümayəndəliyinin rəsmi səhifəsində bildirilib.

"Finlandiya İranın Naxçıvanın hava limanının mülki infrastrukturuna PUA-larla hücumlarını qətiyyətlə pisləyir. Bu, Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün pozulması, həmçinin gərginliyin daha da artması riskidir. Regionda sabitlik dəstəklənməli, sarsıdılmamalıdır", - diplomatik missiyanın məlumatında bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Azərbaycan  


Bizi "telegram"da izləyin