Azərbaycana son üç saatda İrandan 26 ölkənin 210 vətəndaşı təxliyə edilib - YENİLƏNİB

2026/03/Ekran-1772795027.jpg
Oxunub: 929     21:22     06 Mart 2026    
"Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə martın 6-da saat 18:00-dan 21:00-a qədər 210 nəfər İrandan Azərbaycana təxliyə edilib.

Ordu.az xəbər verir ki, bu vaxt ərzində iki azərbaycanlı diplomatın da təxliyəsi baş tutub.

Bundan başqa, Rusiyanın üçü diplomat olmaqla 18, Çin 31, Böyük Britaniya 6, Kanada 5, Pakistan 24, Tacikistan 30, Türkiyə 1, Çexiyanın 3 diplomatı, Özbəkistanın 4, Kipr 2, Belçika 2, Şri-Lanka 6, Oman 12, Latviya 1, Küveyt 4, Bəhreyn 4, İsveçrə 1, İran 5, Misir 1, Avstraliya 1, Gürcüstan 1, Finlandiya 3, Konqo 10, İndoneziyanın 32 vətəndaşı təxliyə olunub.

***

Rusiya, Pakistan və Cexiya diplomatları da daxil olmaqla İrandan Azərbaycana daha 30 nəfər təxliyə olunub.

Ordu.az xəbər verir ki, həmin şəxslərin 10-u adları çəkilən ölkələrin diplomatları, həmçinin 18-i Tacikistan, 1-i Türkiyə, 1-i isə Qazaxıstan vətəndaşıdır.

Onların təxliyəsi Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.

***

İrandan Azərbaycana daha 28 nəfərin təxliyəsı həyata keçirilib.

Ordu.az xəbər verir ki, həmin şəxslərin 14-ü Pakistan, 6-sı Rusiya, 3-ü Çin, 3-ü Kanada, 2-si isə Böyük Britaniya vətəndaşıdır.

Onların təxliyəsi Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.

***

İrandan Azərbaycana Çinin daha 24 vətəndaşının təxliyəsı həyata keçirilib.

Ordu.az xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Çin  


Bizi "telegram"da izləyin