Naxçıvan Ombudsmanı İranın hücumu ilə bağlı bəyanat yayıb

2026/03/1772730096.jpg
Oxunub: 394     20:33     05 Mart 2026    
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva İran ərazisindən bu gün Naxçıvana qarşı həyata keçirilən pilotsuz uçuş aparatı hücumları ilə bağlı bəyanat yayıb.

Ordu.az xəbər verir ki, bəyanatda bildirilir ki, xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanının ərazisinin və Şəkərabad kəndində məktəbə yaxın sahənin hədəfə alınması mülki əhalinin, o cümlədən uşaqların təhlükəsizliyi baxımından qəti şəkildə pislənilir.

Qeyd olunur ki, mülki obyektlərin və təhsil müəssisələrinin yaxınlığında baş verən bu cür hücumlar beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin, xüsusilə mülki şəxslərin qorunması prinsipinin kobud şəkildə pozulmasıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Ombudsman  


Bizi "telegram"da izləyin