Erməni ekspert: “Ermənistan MN “ürək” stikerləri paylaşmaq əvəzinə, bunun nə olduğu barədə izahat versə daha yaxşı olar”

2026/03/1772729411.jpg
Oxunub: 389     20:46     05 Mart 2026    
“Tatoyan faktlar gətirir, “adamlardan soruşmuşam” və ya “gizli məlumatım var” demir, peyk görüntüləri ilə tək-tək göstərir, həmçinin risklərdən danışır. Bundan əvvəl Azərbaycan mövqeləri və onların möhkəmləndirilməsi barədə “Hetq” informasiya agentliyi də mütəmadi olaraq peyk görüntüləri təqdim edib. Tatoyanın gətirdiyi məlumatlar bir neçə ay əvvəl baş vermiş hadisələrdən xəbər verir”.

Ordu.az xəbər verir ki, bunu erməni azərbaycanşünas Tatev Hayrapetyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi bu barədə heç vaxt heç bir məlumat verməyib.

“Əlbəttə, “Dövləti dağıdaq” partiyasının (hakim “Vətəndaş Müqaviləsi” partiyasına ironiya edir-red.) üzvlərinin bu mövzuda deyəcək sözü yoxdur, ona görə də tanınmış iş metoduna sadiq qalaraq tez-tez “keçmişdəkilərin” adını çəkirlər: hər anlaşılmaz vəziyyətdə keçmiş rəhbərliyin adını hallandırmaq lazımdır. Onların heç nədən xəbəri olmamasına da təəccüblənmərəm. Bu məlumat ehtimal ki, çox dar bir dairədə məlum olub və ört-basdır edilib.

Hesab edirəm ki, Ermənistan MN və digər aidiyyəti qurumlar (sosial şəbəkələrdə) “ürək” stikerləri paylaşmaq əvəzinə, bunun nə olduğu və nə anlama gəldiyi barədə izahat versələr, daha yaxşı olar. Niyə hamımızı axmaq yerinə qoyursunuz? Axı bu kimi şeylər gec-tez üzə çıxacaq. Kimi aldadırsınız, özünüzü, yoxsa ictimaiyyəti?..”, - deyə Hayrapetyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hayrapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin