“İrəvan və Moskva Ermənistan dəmir yolunun rus konsessiyası məsələsini müzakirə edir” - Paşinyan

2026/03/Ekran-1772637962.jpg
Oxunub: 593     14:19     05 Mart 2026    
“İrəvan və Moskva Ermənistan dəmir yolunun rus konsessiyası məsələsini işçi səviyyədə müzakirə edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bu fikri hökumətin gündəliyində dəmir yolunun konsessiyasının başqa ölkəyə verilməsi ehtimalının qalması ilə bağlı suala cavab verərkən səsləndirib. Bu məsələ barədə daha əvvəl hakimiyyət nümayəndələri də danışmışdı.

Ermənistan Baş naziri bildirib ki, bu bəyanatlarda Rusiyaya qarşı yönəlmiş heç nə yoxdur.

“Ermənistan tərəfinin əsas narahatlığı ondan ibarətdir ki, vaxtında modernizasiya aparılmasa, ölkənin dəmir yolları yeni yük dövriyyəsi həcmlərinə xidmət göstərə bilməyəcək. Xüsusilə də regionda kommunikasiya xətlərinin açılmasından sonra.

Biz sadəcə tərəfdaşlarımızla obyektiv vəziyyəti bölüşürük və deyirik ki, bu şəraitdə Ermənistanın rəqabət üstünlüklərini itiririk. Bununla bağlı başqa heç bir motivasiyamız yoxdur və ümid edirəm ki, konkret həllərə nail ola biləcəyik”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin