Erməni politoloq: “Yaxın günlərdə “Real Ermənistan”ın yanacağını haradan alacağını da biləcəyik”

2026/03/1772706758.jpg
Oxunub: 382     14:30     05 Mart 2026    
“Avropa enerji daşıyıcıları böhranı ilə üzləşib və bu, iqtisadiyyata ciddi zərbə vura bilər. Bu fonda Avropa İttifaqının energetika üzrə komissarı Dan Yorgensen Bakıya səfər edib və İlham Əliyevlə görüşüb”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan qazının rolu artır və Azərbaycan qazı ilə bağlı böyük gözləntilər var.

“İndi isə Yaxın Şərq böhranına baxaq. İran dünyada enerji daşıyıcıları böhranı yaratmağa məcburdur və bunun əsas zərərçəkənlərindən biri Avropa İttifaqıdır. Bu məqsədlə İran Hörmüz boğazını bağlayıb və Körfəz ölkələrinin enerji infrastrukturlarına zərbələr endirir.

Bunun İsrail üçün nə dərəcədə sərfəli olduğu və mövcud versiyalara görə, əslində İsrailin bu prosesdə İrana nə qədər “kömək” etdiyi məsələsini bir kənara qoyaq.

Sual yaranır: Bakı-Ceyhan qaz kəməri də zərbə altında qala bilərmi? Yaxın günlərdə bu sualın cavabını alacağıq. Həmçinin “Real Ermənistan”ın yanacağını haradan alacağını da biləcəyik”, - deyə Danielyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danielyan   Ermənistan  


Bizi "telegram"da izləyin