Rafael Hüseynov: "İşğal dövründə dağıdılmış irsi bərpa etməklə yanaşı, indi onu dünyaya da tanıtmalıyıq"

2026/01/17086-1769764137.jpg
Oxunub: 479     13:00     30 Yanvar 2026    
Qarabağ və Şərqi Zəngəzurun otuzillik işğalı dövründə Azərbaycanın minlərlə tarixi-mədəni abidəsi əlçatmaz olub.

Ordu.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov "Azərbaycan mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib.

Onun sözlərinə görə, bugünkü suveren Azərbaycan reallığında həm də mədəni irsə bütöv bir baxış keçirmək mümkündür:

"Bu mənada, bu gün Azərbaycan özünün mədəni irsinə də bütöv yanaşır, bütöv tədqiq edir. İşğal dövründə həmin mədəni irs, aydın məsələdir ki, dağıdılıb, zədələnib. Biz indi o irsi bərpa etməklə yanaşı, həm də dünyaya tanıtma yolundayıq".

Rafael Hüseynov qeyd edib ki, Azərbaycanda ilk dəfədir ki, kompleks şəkildə bu cür mədəni konsepsiya tətbiq olunur:

"Bu, Azərbaycan mədəni tarixi üçün böyük bir hadisədir. Bizim indi əsas vəzifəmiz gələcək çağırışlara cavab verməkdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rafael-Hüseynov   Azərbaycan  


Bizi "telegram"da izləyin