Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Şuranın açıqlamasına görə, dəstəyin məqsədi Ermənistan Silahlı Qüvvələrinin logistika imkanlarının gücləndirilməsidir, əsas diqqət böhran və fövqəladə vəziyyətlər zamanı mülki əhalinin qorunmasına yönəlib.
Açıqlamada deyilir: “Bu yardım həmçinin Ermənistanın dayanıqlığını artıracaq və gələcəkdə beynəlxalq, o cümlədən Aİ tərəfindən həyata keçirilən missiyalarda mümkün iştirak zamanı silahlı qüvvələrin qarşılıqlı fəaliyyət qabiliyyətini sürətləndirəcək”.
Həmçinin vurğulanıb ki, Aİ Ermənistanla hərtərəfli siyasi və iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqdir və bu proses Ermənistan-Aİ tərəfdaşlığının yeni strateji gündəliyi əsasında həyata keçirilir.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib: “Avropa Sülh Fondu çərçivəsində bu yardım tədbiri Aİ ilə Ermənistan arasında təhlükəsizlik və müdafiə sahəsində daha sıx əməkdaşlığa doğru atılan növbəti addımdır. Bu tədbirlə Aİ Ermənistanın dayanıqlığının dəstəklənməsini davam etdirmək öhdəliyini nümayiş etdirir ki, bu da bütövlükdə regionun sabitliyinə, sülhünə və təhlükəsizliyinə töhfə verir”.
Xatırladaq ki, Ermənistan 2025-ci ildə bu fonddan yardım almaq üçün müraciət etmişdi, lakin Macarıstan prosesi bloklamışdı. Ölkənin xarici işlər naziri bildirmişdi ki, Budapeşt Ermənistana yardım göstərilməsinə qarşı deyil, şərt olaraq eyni həcmdə yardımın Azərbaycana da verilməsini istəyir. Danışıqlardan sonra Macarıstan mövqeyini dəyişib. Qəbul edilən qərara münasibət bildirən Ermənistan Xarici İşlər Nazirliyi qeyd edib ki, bu, əslində, dekabr ayında əldə olunmuş siyasi razılaşmanın, yəni konsensusun formal şəkildə təsbit edilməsidir.
Alpər Mövludoğlu
Ordu.az