Xersonda Rusiyanın bombardmanı nəticəsində Azərbaycan vətəndaşı həlak olub

2026/01/1769761816.jpg
Oxunub: 631     12:22     30 Yanvar 2026    
Ukraynanın Xerson vilayətində bir kəndin bombardman edilməsi nəticəsində 60 yaşlı Azərbaycan vətəndaşı həlak olub.

Ordu.az-ın məlumatına görə, yanvarın 29-da, Xerson vilayətinin Mikolskaya kəndinə Rusiya ordusuna dron və mərmi hücumları nəticəsində ərazi darmadağın olub.

Ölənlər arasında, kənd sakini 1966-cı il təvəllüdlü, əslən Azərbaycanın Beyləqan rayonundan olan Qasımov Həsən Qiyas oğlu da həlak olub.

H.Qasımov uzun müddətdir bu kənddə yaşayıb, şəxsi təsərrüfatı ilə məşğul olurmuş.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xerson   Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin