Estoniya Ermənistanda səfirlik açacaq

2026/01/1769759631.jpg
Oxunub: 348     11:38     30 Yanvar 2026    
Estoniya bu il Ermənistanda səfirliyini açacaq.

Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Estoniyanın XİN rəhbəri Marqus Tsaxna öz rəsmi “X” səhifəsində post paylaşıb.

Estoniyalı ali diplomat Brüsseldə ermənistanlı həmkarı Ararat Mirzoyanla təsadüfən rastlaşdığını dilə gətirib.

“Əgər daha tez başqa bir yerdə baş tutmasa, bu il Estoniyanın Yerevandakı səfirliyinin açılışında yenidən görüşəcəyik”, - Tsaxna Brüsseldə səfərdə olan XİN rəhbəri Mirzoyanla çəkilmiş fotosunu paylaşıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Ermənistan  


Bizi "telegram"da izləyin