Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Stepan Danielyan sosial şəbəkə hesabında yazıb.
“Şərti VM anlayır ki, yenidən seçilmək üçün onların iki variantı var:
– seçkilərdə mümkün qədər az adam iştirak etsin ki, bunun nəticəsində VM-nin yenidən seçilmək şansı yaransın,
– “hamıdan bezmişik” elektoratının səslərinin bir hissəsi, əgər yenə də seçkilərdə iştirak etsələr, sonradan VM-yə əlavə olunsun.
Bu müddətdə bu cür proksi təşəbbüslər yaradılmalıdır. Onlardan biri artıq “Hamıya qarşıyam” adı ilə, süni məntiq üzərində qurulmuş şəkildə yaradılıb”, - deyə Danielyan qeyd edib.
O bildirib ki, 2018-ci ildən etibarən “Sabit Çoxluq” maddəsi işləməyib, çünki VM bu sabit çoxluğu seçkilərin nəticəsi olaraq əldə edib.
“Yəni 2018-dən etibarən bu mexanizm heç bir təsir göstərməyib. Bu da bugünkü vəziyyətimizin səbəbi deyil. Digər tezis isə seçki baryerinin 1 faizə endirilməsi ilə bağlıdır, bu, mənasız tələbdir və onun haqqında danışmaq artıqdır. Yəni ölkə qarşısında duran çağırışların həlli ilə bağlı hər hansı işarə tamamilə yoxdur. Qarşımızda siyasi, aktual olmayan, məntiqsiz bir təşəbbüs var.
Lakin həmin seçkiqabağı “proqramın” bütün mənası ondan ibarətdir ki, müəlliflərin fikrincə, parlamentə keçmiş istənilən qüvvə bu tələblərlə razılaşarsa, lazım gəldiyi halda onunla koalisiya quracaqlar. Şərti VM-nin bu mənasız tələbləri qəbul edib yenidən seçilməsinə nə mane olur? Təbii ki, heç nə.
Manipulyasiya olduqca bəsitdir, lakin nə qədər bəsitdirsə, bir o qədər də bəzi insanlar üçün cəlbedici və “anlaşılan”dır. Yaxın vaxtlarda bu tip başqa proksi təşəbbüsləri də gözləmək lazımdır”, - deyə Danielyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az