Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, onlar silahla “Yerablur” ziyarətgahında Nikol Paşinyanı qoruyur, onun təhlükəsizliyini təmin edirdilər.
KİV bildirib ki, halbuki oraya adətən öz övladlarının, həyat yoldaşlarının məzarlarını ziyarət etməyə gələn insanlar toplaşır.
“Bu insanlar daim oradadırlar, çünki normal həyat yaşamaq hüququndan məhrum ediliblər.
Bizə danışılanlara görə, snayperlərdən xəbər tutan ölmüş əsgərlərin bir qrup valideyni əraziyə baxış keçirib onları tapıb və silahlı qüvvələrin nümayəndələri ilə üz-üzə dayanaraq birbaşa snayperlərin başına it yemi töküblər, onları hamının gözü qarşısında rüsvay ediblər. Onlar deyiblər: “Siz kimi qoruyursunuz, “Yerablur”u dəfələrlə satmış xaini? Kimdən qoruyursunuz, övladını itirmiş valideynlərdən?”.
Öz istəkləri ilə “Yerablur”da olmayan gənclər başlarını aşağı salaraq, səssiz şəkildə bunları dinləyiblər və bir söz belə deməyiblər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az