Ordu.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına verdiyi müsahibədə bildirib.
Lavrov qeyd edib ki, onun türkiyəli həmkarı Hakan Fidan görüşün keçirilməsinə fəal şəkildə dəstək verir.
“Biz Cənubi Qafqazda ortaq qonşularıq. Türkiyə Azərbaycanla birlikdə “3+3” formatının əsas təşəbbüskarları olub (Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç böyük qonşusu Rusiya, Türkiyə və İran-red.). Artıq iki nazirlər səviyyəsində görüş keçirilib. Üçüncü görüş hazırda hazırlanır. Gürcü qonşularımız indiyədək iştirakdan çəkiniblər, lakin biz daim vurğulayırıq ki, qapı onlar üçün açıqdır”, - deyə Rusiya xarici işlər naziri bildirib.
Alpər Mövludoğlu
Ordu.az