Ordu.az xəbər verir ki, bu barədə yanvarın 29-da jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Biz bu məsələ ilə bağlı yazılı sorğu təqdim etmişik. Hələ bilmirəm, yazılı cavab olub, ya yox, amma ümumilikdə müsbət siqnallar görürük və ümid edirik ki, proses sürətlənəcək”, - deyə Paşinyan qeyd edib.
O xatırladıb ki, hələ 2026-cı ilin əvvəlində Ermənistan və Azərbaycanın nümayəndələri Arazdəyən-Sədərək sərhəd dəmir yolu qovşağına səfər ediblər.
“Yəni regionda proseslər gedir və onlar dayandırıla bilməz”, - deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, eyni hal Axurik istiqamətinə də aiddir. “Əgər hər hansı səbəbdən rusiyalı tərəfdaşlarımız investisiya qoymaq istəməsələr, biz həmin sahələri öz üzərimizə götürəcəyik və hər şeyi özümüz edəcəyik”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az