İrəvanda 44 günlük müharibə qalmaqalı: Hesabat niyə gizlədilir?

2026/01/1769664432.jpg
Oxunub: 424     09:24     29 Yanvar 2026    
Ermənistan parlamentinin yanvar sessiyasının başlanğıcında hakim çoxluq və müxalifət 44 günlük müharibəni araşdıran komissiyanın hesabatı məsələsini yenidən müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, müddətlərin pozulması bəhanəsi ilə hesabat dərc edilmir, halbuki əslində siyasi qərar qəbul edilib ki, 2020-ci ilin ağrılı tarixçəsi yenidən gündəmə gətirilməsin.

“Bununla belə, diqqətçəkən məqam ondan ibarətdir ki, ötən həftə keçirilən iclas zamanı “Vətəndaş Müqaviləsi” partiyasından olan Vahaqn Aleksanyan komissiyanın sədri Andranik Köçryana hesabatla bağlı dinləmələrin keçirilməsini təklif edib.

Görünür, hakimiyyət dinləmələri seçkiqabağı məqsədlərə xidmət etdirmək, fürsəti qaçırmayaraq məğlubiyyətin günahını “ordunu talayan” keçmiş hakimiyyətlərin üzərinə atmaq qərarına gəlib”, - deyə KİV bildirib.

Nəşr yazıb ki, lakin Andranik Köçəryanı buna razı salmaq mümkün olmur.

“O, əvvəllər dinləmələr ideyasına qarşı çıxaraq bildirirdi ki, əgər dinləmələr keçirilərsə, bu, hesabatın olmadığı anlamına gələr, əgər hesabat varsa, o zaman sənəd parlamentə təqdim edilməlidir. İstisna edilmir ki, dinləmələr əvəzinə hesabatın təxminən 20 səhifəlik nəticə hissəsi dərc edilsin və orada baş verənlərə ümumiləşdirilmiş qiymətlər verilsin”, - deyə KİV qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin