Ordu.az xəbər verir ki, bu barədə KTMT baş katibinin müavini Valeri Semerikov bildirib.
Onun sözlərinə görə, KTMT bu istiqamətə prioritet diqqət ayırır, kollektiv əsasda müdafiə mexanizmlərini fəal şəkildə inkişaf etdirir.
“2025-ci ilin aralıq nəticələri KTMT-yə üzv dövlətlərin informasiya məkanına mənfi təsirlərin miqyasını göstərib. 400 mindən çox dağıdıcı informasiya resursu aşkarlanıb və fəaliyyəti dayandırılıb. 300 mindən çox cinayət işi başlanıb, daha əvvəl başlanmış işlər üzrə isə 12 mindən artıq şəxs məhkum edilib. Hüquqi məkanımızın uyğunlaşdırılması baxımından informasiya təhlükəsizliyi, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, eləcə də informasiyanın mühafizəsi və kibertəhlükəsizlik haqqında model qanunların hazırlanması və qəbulu mühüm addım olub.
Qırğızıstanda kibertəhlükəsizliyə həsr olunmuş KTMT-nin ilk beynəlxalq konfransı təşkil edilib. Konfransın materialları gələcək fəaliyyətimizdə dəqiq prioritetləri müəyyənləşdirməyə imkan verəcək.
KTMT-yə üzv dövlətlərin mütəxəssislərinin ixtisaslaşmış peşə hazırlığı və informasiya təhlükəsizliyi üzrə ixtisasartırmanın həyata keçirildiyi milli tədqiqat nüvə universitetinə də təşəkkür edirik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az