Ordu.az xəbər verir ki, bunu bu gün “Yerablur”da jurnalistlərlə söhbətində Ermənistanın “Şant” partiyasının rəhbəri Şahen Harutyunyan deyib.
“Ordu günü sadəcə bayram deyil, bu, gündəlik əməyimizin nəticəsi olmalıdır. Sadəcə bayram edib, ildə bir dəfə gəlib-gedib, ordu haqqında danışmaqla heç vaxt lazım olan orduya sahib ola bilmərik”, - deyə o bildirib.
Yanvarın 27-nin ölmüş erməni hərbi qulluqçuların xatirə günü kimi müəyyənləşdirilməsinə toxunan Harutyunyan qeyd edib: “Ordu günündən əvvəlki günü xatirə günü hesab etmək mənim üçün normal və doğru deyil. Bəli, belə bir gün olmalı idi, amma bunun üçün sentyabrın 27-si kimi çoxlu başqa günlər var idi.
Bu, məhz yanvarın 28-nin dəyərini və günün əhəmiyyətini kölgələmək üçün qəsdən həyata keçirilmiş proqramdır. Mən hesab edirəm ki, burada mübarizə aparılmalıdır, bu reallığı qəbul etməyən cəmiyyət təbəqələri mübarizə aparmalı və bu günlə bağlı vəziyyəti tez bir zamanda düzəltməlidir. Söhbət bu günün təqvimdən çıxarılmasından getmir, amma başqa gün seçilməli və cəmiyyət məhz həmin günə yönləndirilməlidir ki, “Yerablur”a gəlsinlər və ya ümumiyyətlə xatirə günü başqa günlə əlaqələndirilsin”.
Alpər Mövludoğlu
Ordu.az