“Biz toqquşma əvəzinə əməkdaşlığı, geriləmə əvəzinə isə inkişafı seçəcəyik” - Mirzoyan

2026/01/1769412740.jpg
Oxunub: 344     16:15     28 Yanvar 2026    
“Ermənistan qətiyyətli addımlar atmaqla sülhə dair aydın və şüurlu seçim edib”.

Ordu.az xəbər verir ki, bu barədə AŞPA-nın sessiyasında çıxışı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammiti tarixi dönüş nöqtəsini ifadə edib.

“Azərbaycan xarici işlər naziri ilə birlikdə Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi paraflamışıq. Biz toqquşma əvəzinə əməkdaşlığı, geriləmə əvəzinə isə inkişafı seçəcəyik”, - deyə Mirzoyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin